Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma mərhələsi marşalların peşəkarlığı ilə yadda qalıb
21 sentyabr 2025 - 13:53 488
Ötən gün Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma mərhələsi marşalların peşəkarlığı ilə yadda qalıb.
Sürücülər poul mövqeyi uğrunda mübarizə apararkən, marşallar dəfələrlə müdaxilə edərək bolidləri trasdan çıxarıb, dağıntıları təmizləyib və baryerləri rekord müddətdə bərpa edib. Oskar Piastrinin 3-cü döngədəki qəzasından tutmuş Şarl Lekler, Niko Hülkenberq, Pyer Qasli, Franko Kolapinto və Aleks Albonun insidentlərinə qədər marşallar dözümlülük və dəqiqliklərinin ən çətin sınağından keçib.
Altı dəfə dayandırılan sessiyaya baxmayaraq, marşallar hər müdaxiləni yüksək səmərəliliklə idarə edib. Onlar bolidlərin tez bir zamanda trasdan uzaqlaşdırılmasını təmin edib, trası təhlükəsiz vəziyyətə gətirərək yarışın davam etməsinə şərait yaradıblar. Onların operativ reaksiyası sayəsində təxminən iki saat davam edən sıralanma mərhələsi nəzarət altında saxlanılıb və komandalar poul uğrunda mübarizəni davam etdirmək imkanı qazanıb.
Ümumilikdə, marşallar zədələnmiş 6 bolidin tam bərpasını həyata keçirib, 1-ci, 3-cü, 4-cü və 15-ci döngələrdə baryerləri yoxlayıb bərpa ediblər və hər qırmızı bayraqdan sonra trasın təhlükəsizliyini bərpa etmək üçün dağıntıların təmizlənməsini təşkil ediblər.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı