Formula 1-də debüt edəcək yeni komandanın adı rəsmən açıqlanıb
26 noyabr 2024 928
“Formula 1” üzrə dünya çempionatının yeni mövsümündə debüt edəcək komandanın adı rəsmən bəlli olub.
Formula 1-in rəsmi saytına istinadən, “Cadillac F-1” 2026-cı ildə keçiriləcək yarışda 11-ci komanda kimi iştirak edəcək.
“Cadillac F-1”in həmin ildə trasa çıxması üçün ABŞ-ın “General Motors” şirkəti ilə prinsipial razılıq əldə etdiyi bildirilib.
Komandanın yeni mövsümdə “Ferrari”nin mühərriklərindən istifadə edəcəyi gözlənilir.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı