“Formula 1”: Məktəblilər Azərbaycan Qran-Prisinə hazırlıq prosesi ilə tanış olublar
21 may 2024 1418
"Formula 1" üzrə Azərbaycan Qran-Prisinə hazırlıqlar davam edir.
Yarışın təşkilatçısı Bakı Şəhər Halqası bu dəfə məktəblilər üçün paddok turları təşkil edib.
Şagirdlər məşhur avtoidman yarışına hazırlıq prosesi və pilotların mübarizə qaydaları ilə tanış olublar.
Gənclər “kral yarışları”nın təşkilində mühüm rol oynayan Yarış İdarəetmə Mərkəzinə baş çəkib, pit zolağında gəzmək imkanı əldə ediblər. Burada onlar yarış rəsmilərinin hazırlığı və qaydalara nəzarətin ciddi həyata keçirildiyi məkanları əyani görməklə yanaşı, prosesin necə icra edildiyini peşəkarlardan dinləyiblər.
Tur iştirakçıları komandaların yarış avtomobillərini hazırlıq vəziyyətinə gətirdiyi qarajlara baxış keçiriblər. Daha sonra məktəblilər üçün xüsusi hazırlanmış "Formula 1" bolidinin maketi üzərində dizayn nümayiş olunub, onun konstruksiyası barədə məlumat verilib.
Sonda məktəblilər onları maraqlandıran sualları təşkilatçılara ünvanlaya biliblər.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı





