Formula 1 pilotunun 770 min avroluq şəxsi avtomobili
29 oktyabr 2024 971
Formula 1 pilotu Şarl Leklerin yeni «Ferrari»si Monakoda yanacaqdoldurma məntəqəsində görünüb. O, SF90 XX kimi tanınan «Ferrari SF90 Stradale»in ekstremal versiyasını idarə edir. Avtomobil Leklerə məxsus «Ferrari Daytona SP3» ilə eyni üslubda hazırlanıb. Avtomobilin yan qapısında pilota məxsus, Formula 1-də Skuderiya üçün yarışdığı 16 nömrəsi qeyd olunub.
Onun «Ferrari»sinin kapotunun altında 758 kVt (1030 at gücü) gücündə V8 əsasında hibrid elektrik stansiyası yer alıb. Avtomobil 100 km/saata 2,3 saniyəyə sürətlənir, maksimal sürəti isə 340 km/saatdır.
«Ferrari SF90 XX Stradale» 799 nüsxə ilə istehsal edilib. Qiyməti 770 min avrodan başlayır.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı