Formula 1 pilotunun dəbilqəsi hərracda rekord qiymətə satılıb
30 aprel 2025 205

Formula 1 üzrə dünya çempionatının üçqat qalibi mərhum Ayrton Sennanın dəbilqəsi hərracda satılıb.
Xarici mətbuata istinadən, baş geyimi rekord qiymətə – 720 min funt sterlinqə (təxminən 960 min ABŞ dolları) alınıb.
Həmin dəbilqə 1992-ci il Belçika Qran-Prisi zamanı braziliyalı pilotun başında olub. Senna həmin yarışda qəzaya düşərək huşunu itirən həmkarı Erik Komasın həyatını xilas edib.
Bu göstəricidə əvvəlki rekord “Ferrari”nin sürücüsü Şarl Leklerə məxsus idi. Onun dəbilqəsi 2023-cü ilin iyununda 262 700 funt sterlinqə (təxminən 350 000 dollar) satılmışdı.
Qeyd edək ki, Ayrton Senna 1994-cü ildə - 34 yaşında San-Marino Qran-Prisindəki qəza nəticəsində dünyasını dəyişib.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı