Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024: F1 ulduzları Fan Forumda
13 sentyabr 2024 892
Sentyabrın 13-də mövsümün 17-ci yarışı olan Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 start götürüb.
Yarışın ilk günündə Formula 1 azarkeşlərinin həyəcanlagözlədiyi Fan Forum keçirilib. Bulvar ərazisində, əyləncəzonasında keçirilən sessiyada Aston Martin, Williams, McLaren, Mercedes kimi məşhur F1 komandalarının pilotlarıöz fanatları ilə görüşüblər.
Komandalar üçün ayrılmış vaxt ərzində azarkeşlər səhnədəkiavtoidman ulduzlarını yaxından görmək, onlarla şəkilçəkdirmək və xüsusi imzalı kartları özləri ilə götürmək imkanıəldə ediblər.
Formula 1 Azərbaycan Qran Prisinin ən həyəcanlı hissəsisayılan Fan forumlar yarış həftəsonunun 1 və 2- ci günükeçirilir.
Xatırladaq ki, yalnız üç günlük bilet sahibləri Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024- ü tribunalardan izləyə, Dənizkənarı Bulvar ərazisində hazırlanmış əyləncəzonasından zövq almaqla yanaşı Fan forumlarda iştirak edəbilərlər.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı




