“Formula 1” üzrə dünya çempionatının yeni reqlamenti təqdim olunub
06 iyun 2024 1164
Beynəlxalq Avtomobil Federasiyası “Formula 1” üzrə dünya çempionatında 2026-cı ildən tətbiq ediləcək yeni reqlamentin təfərrüatlarını açıqlayıb.
Avtomobillərin ölçüləri və çəkisi dəyişəcək. Bolidlər daha qısa və yığcam olacaq, çəkisi indiki modellərlə müqayisədə 30 kiloqram azalacaq.
Aktiv aerodinamikanın tətbiqi sayəsində avtomobillərin ötmə imkanları genişləndiriləcək.
Ən mühüm dəyişikliklərdən biri elektrik stansiyaları ilə bağlıdır. Mühərrikin elektrik hissəsinin gücü bir neçə dəfə artacaq. Yeni mühərriklər ekoloji cəhətdən təmiz yanacaqla işləyəcək.
Yeni reqlament mövcud güc balansını xeyli dəyişə bilər, çünki avtomobillər demək olar ki, sıfırdan hazırlanmalı olacaq.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı