Fransanın idman naziri: "Hər şey hava limanından başlayacaq"
04 may 2024 950
Fransa hakimiyyəti Paris-2024 Yay Olimpiya Oyunları zamanı ölkənin hava limanlarında sərhəd xidməntinin sayını 1900 nəfərə qədər artırmaq qərarına gəlib. Bildirilir ki, mobil tətbiq vasitəsilə əvvəlcədən sifariş vermədən sərnişinləri birbaşa hava limanında qəbul edən taksi sürücüləri ciddi nəzarətə götürüləcək. “Son həftələrdə ciddi rejimə start vermişik. Mükəmməllik üçün çalışırıq. Hər şey hava limanından başlayacaq. Qonağımız olan idmançılar, dünyanın hər yerindən gələn media nümayəndələri və çoxsaylı ziyarətçilər buradan xoş xatirə ilə ayrılmalıdırlar", - deyə İnside The Games Fransanın idman naziri Ameli Oudea-Kasteradan sitat gətirib.
Qeyd olunur ki, Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimi zamanı Paris üzərində hava məkanının altı saatlıq bağlanması da nəzərdə tutulub. Olimpiada zamanı 18 min fransalı əsgər xidmətə cəlb ediləcək. Onlardan 3 mini havadan müşahidəyə həsr olunacaq.
Bundan əlavə 35 min polis məmuru və jandarma da asayişə nəzarət edəcək.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı