Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunları missiya rəhbərlərinin seminarı keçirilib
20 iyul 2023 1004
Tədbirdə ölkəmizi Azərbaycan nümayəndə heyətinin şef de missionu, Gənclər və İdman Nazirliyi İdman şöbəsinin müdiri Elnur Məmmədov və şef de missionun müavini, Azərbaycan Milli Olimpiya Komitəsi Xarici Əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil ediblər.
Seminarda Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıq prosesi müzakirə edilib, Olimpiadanın açılış və bağlanış mərasimləri, tibb, nəqliyyat, yarışların keçiriləcəyi məkanlar, atletlər kəndi, akkreditasiya, atletlərin qeydiyyatı, yerləşdirilməsi və digər bağlı məsələlərlə bağlı ətraflı məlumat verilib, fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, gələn il 26 iyul - 11 avqust tarixlərində Fransanın paytaxtı Paris şəhərində keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarının açılış və bağlanış mərasimi unikallığı ilə fərqlənəcək. Belə ki, Olimpadalar tarixində ilk dəfə olaraq çay üzərində təşkil ediləcək paradda hər bir ölkə idmançıları özünə məxsus ayrılmış gəmi ilə Sena çayı üzərindən keçəcək.
Bənzər xəbərlər
Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və yeri bəlli olub
Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və ... Ətraflı
Olimpiadanın açılış mərasimində çıxış edəcək müğənni müəyyənləşib
Amerikanın pop müğənnisi Meray Kerri Milano Kortino de Ampetzo - ... Ətraflı
.jpeg)



.jpeg)


