Fuad Nağıyev fiqurlu konkisürmə üzrə atletlərimizlə görüşüb
11 mart 2022 1279
Martın 11-də Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev Azərbaycanı fiqurlu konkisürmə üzrə beynəlxalq yarışlarda təmsil edən idmançılarımız Yekaterina Ryabova və Vladimir Litvintsev ilə görüşüb.
Görüş çərçivəsində Fuad Nağıyev idmançılarımızın 21-27 mart tarixlərində Fransanın Monpelye şəhərində keçiriləcək Fiqurlu Konkisürmə üzrə Dünya Çempionatına hazırlıqları ilə maraqlanıb, onlara öz tövsiyyələrini verib, uğurlar arzulayıb. Fuad Nağıyev federasiyanın gələcək fəaliyyət planları haqqında danışaraq gələcəkdə də atletləri dəstəkləməyə hər zaman hazır olduqlarını bildirib.
Qeyd edək ki, Fiqurlu Konkisürmə üzrə Dünya Çempionatında Azərbaycan 4 idmançı- Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üstündə rəqs üzrə Yekaterina Kuznetsova və Aleksandr Kolosovskiy ilə təmsil olunacaq.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı