Gənc atletimiz Skopye-2025-də Azərbaycan rekordunu yenilədi
22 iyul 2025 - 12:10 542
Azərbaycan atleti Əmir İsmayılov ötən gün Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının atletika yarışlarında mübarizə aparıb.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, idmançımız 110 metr məsafəyə sədlərlə qaçış növündə 14.44 saniyə nəticə ilə yadda qalıb. Gənc atletimiz bu nəticə ilə U-18 yaş kateqoriyasında yeni ölkə rekorduna imza atıb.
Əmir İsmayılov qarşıdakı yarış günlərində atletikanın uzunluğa tullanma növündə də mübarizə aparacaq.
Qeyd edək ki, atletika yarışları Şimali Makedoniyanın paytaxtı Skopyedəki Todor Proeski milli stadionunda keçirilir.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı