Gənc məşqçilərimiz BEC tərəfindən təşkil edilən beynəlxalq seminarda iştirak edib
08 dekabr 2022 1272
Dekabrın 6-dan 8-dək Danimarkanın Brondbü şəhərində Danimarka Badminton Federasiyası ilə əməkdaşlıq çərçivəsində Avropa Badminton Konfederasiyası tərəfindən məşqçilər üçün 2 günlük təcrübə təlimləri təşkil olunub. Avropanın müxtəlif ölkələrindən iştirak üçün dəvət olunan məşqçilər Danimarkada badmintonun uğurlu inkişaf strategiyası, məşq mədəniyyəti, bu ölkədə həm milli komanda, həm də klub səviyyəsində fəaliyyət göstərən məşqçilərin iş prinsipləri ilə yaxından tanış olublar, Danimarka Badminton sisteminin önəmli şəxsləri ilə görüşüblər.
Azərbaycanı təlimdə gənc məşqçilərimiz Orxan Qələndərov və Kənan Rzayev təmsil edib.
Bu seminar gənc badminton məşqçilərimizin müəyyən təcrübə qazanması və gələcəkdə öz fəaliyyətlərində tətbiq etməsi baxımından böyük imkanlar yaradır.
Bənzər xəbərlər
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan ... Ətraflı
Azərbaycan voleybol millisi Avropa Liqasında mübarizəyə Bakıda start verir
Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Liqasında mübarizəyə ... Ətraflı
