Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatının açılış mərasimi keçirilib
14 noyabr 2025 - 16:59 470
Gəncə İdman Sarayında aerobika gimnastikası üzrə böyüklər arasında 14-cü Avropa çempionatı keçirilir.
Böyüklər arasında keçirilən bu yarışda gimnastlar fərdi, üçlük, qrup, qarışıq cütlük və aerodans proqramları üzrə çıxış edəcəklər. Yarışın iki günü təsnifat mərhələsi, sonuncu gün isə finallar baş tutacaq.
Bu gün start götürən yarışın açılış mərasimində iştirakçı ölkələrin bayraqları təqdim olunub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Avropa Gimnastikası qurumunun vitse-prezidenti Edvard Kolar açılış mərasimində çıxış ediblər.
Sonra Nizami Gəncəvinin ölməz əsərlərinə həsr olunmuş “Nizami xəzinəsi” adlanan bədii hissə təqdim olunub.
Bədii hissənin ardından gimnastların çıxışları olub. Bu gün gimnastlar fərdi proqram üzrə çıxış edilər.
Qeyd edək ki, yarışa noyabrın 16-da yekun vurulacaq.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı