Gənclər və İdman Nazirliyi daha bir layihəyə start verir
06 fevral 2023 1058
“Üzməyi öyrənək” layihəsinə əsasən, orta məktəblərdə təhsil alan uşaqlar üçün üzgüçülük məşğələləri təşkil ediləcək. Gəncə, Şirvan, Lənkəran və Qusar Olimpiya İdman Komplekslərində, eləcə də Mingəçevirdə “Kür” Olimpiya Tədris İdman Mərkəzində keçiriləcək üzgüçülük məşğələlərinə pilot layihə olaraq seçilmiş 5 şəhərin hərəsindən bir məktəbin 1-5-ci sinif şagirdləri cəlb ediləcək.
Layihənin əsas məqsədi uşaqlara üzməyi öyrətməklə onların sağlamlığının təmin edilməsi, bu idman növünün təbliği və inkişafına nail olmaqdır. Fevralın 6-dan etibarən bir ay davam edəcək üzmə məşğələləri bölgü üzrə hər gün müxtəlif saatlarda peşəkar məşqçilər tərəfindən aparılacaq.
Bənzər xəbərlər
Azərbaycan Yelkən Federasiyası Su İdmanı Növləri Federasiyasına birləşdirildi
Martın 14-də "Azərbaycan Yelkən Federasiyası” İctimai Birliyinin ümumi yığıncağı keçirilib. ... Ətraflı
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı başlayıb, ilk qaliblər bəlli olub
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına start verilib.
Şüvəlan Ağırlıqqaldırma Mərkəzində keçirilən yarış ... Ətraflı