Xəbərlər

Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını açıqlayıb

27 dekabr 2023 360

Gənclər və İdman Nazirliyi ilin idman yekunları ilə bağlı dekabrın 26-da qala mərasimi təşkil edib.

 

"Buta Palas"da təşkil olunan mərasimə dövlət və hökumət rəsmiləri, federasiyaların rəhbərləri, titullu idmançılar və media nümayəndələri qatılıblar.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da mərasimdə iştirak ediblər.

 

Qala mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Mərasimdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov 2023-cü ilin Azərbaycan üçün bir sıra vacib hadisələrlə yadda qaldığını bildirib. Bu il ölkəmizin suverenliyinin tam təmin olunduğunu vurğulayan nazir Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndidə “Qarabağ” və MOİK komandaları arasında keçirilmiş oyunu ən uğurlu idman tədbiri adlandırıb. Azərbaycanın bu il də nüfuzlu yarışlara ev sahibliyi etdiyini söyləyən Fərid Qayıbov idmançıların beynəlxalq turnirlərdən çoxlu medallarla qayıtdıqlarını və doqquz Olimpiya lisenziyası qazanıldığını diqqətə çatdırıb. Bu münasibətlə idman ictimaiyyətini təbrik edən nazir qarşıdakı Olimpiya ilində bütün idmançılara uğurlar arzulayıb.

 

Ümummilli Lider Heydər Əliyevlə bağlı videoçarxın nümayiş olunmasından sonra 19 nominasiya üzrə qaliblərin adları açıqlanıb.

 

 

İlin ən yaxşı qadın idmançısı

1. Zöhrə Ağamirova (Bədii gimnastika)
2. Gövhər Beydullayeva (Şahmat)
3. İrina Zaretska (Karate)

 

İlin ən yaxşı kişi idmançısı
1. Hidayət Heydərov (cüdo)
2. Mixail Malkin (İdman Gimnastikası
3. Həsrət Cəfərov (Yunan-Roma güləşi)

 

İlin ən yaxşı qadın komandası
1. Bədii gimnastika üzrə milli komanda
2. Şahmat yığması
3. "Neftçi" Basketbol klubu (3x3)

 

İlin ən yaxşı kişi komandası
1. "Qarabağ" futbol klubu
2. Yunan-Roma güləşi üzrə yığma komanda
3. Tamblinq yığması

 

İlin ən yaxşı hakimi
1. Nazim Umbayev (cüdo)
2. Sədi Quliyev (güləş)
3. Asif Şirəliyev (güləş)

 

İlin ən yaxşı məşqçisi
1. Qurban Qurbanov (futbol)
2. Siyana Vasileva (Bədii gimnastika)
3. Rüstəm Alimli (cüdo)

 

İlin ən yaxşı idman tibb personalı
1. Ramil Vəliyev (cüdo)
2. Zaur Abdullayev (boks)
3. Milli İdman Tibb və Reabilitasiya Elmi Praktiki İnstitutu

 

İlin ən yaxşı idman federasiyası
1. Azərbaycan Gimnastika Federasiyası
2. Azərbaycan Cüdo Federasiyası
3. Azərbaycan Kanoe və Avarçəkmə

 

İlin ən yaxşı idman klubu
1. "Ocaq Sport" İdman Klubu
2. "Sabah" Basketbol Klubu
3. "Qarabağ" Futbol Klubu

 

İlin ən yaxşı Olimpiya İdman Kompleksləri
1. Quba Olimpiya İdman Kompleksi
2. Şəki Olimpiya İdman Kompleksi
3. Sumqayıt Olimpiya İdman Kompleksi

 

İlin ən yaxşı idman qurğusu
1. "Kür" Olimpiya İdman Təlim Mərkəzi
2. Milli Gimnastika Arenası
3. Bakı Su İdmanı Sarayı

 

İlin ən yaxşı idman məktəbi
1. Şuşa UGİM
2. "Ulduz" Futbol Akademiyası
3. Su idman növləri üzrə yüksək idman ustalığı məktəbi

 

İlin Ədalətli oyun (Fair Play) mükafatçısı
1. Qurban Qurbanov
2. Azərbaycan Badminton Federasiyası
3. Fariz Hüseynov (cüdo)

 

İlin ən yaxşı idman tədbiri
1. Atıcılıq üzrə dünya çempionatı
2. Kanoe və Avarçəkmə üzrə Prezident reqatası-2023
3. Taekvondo üzrə dünya çempionatı

 

İlin idman kəşfi
1. Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz meydançası
2. Xədicə Qədəşova (cüdo)
3. Nicat Abbasov (şahmat)

 

İlin ən fəal idman jurnalisti
1. Zəki Feyzullayev (İdman.biz)
2. Gəray Qiyasov (Real TV)
3. Kənan Hakimov (İTV)

 

İlin ən yaxşı idman fotoqrafı
1. Dilavər Nəcəfov (AGİN)
2. Rüfət Abdullayev (İdman.biz)
3. Zaur Mustafayev (Trend.az)

 

İlin ən yaxşı idman filmi
1. Stadionlar səssiz olanda
2. Qızlara ağ yaraşır
3. Mübariz

 

İlin ən yaxşı media qurumu
1. CBC sport
2. İdman TV
3. İdman.biz