Gimnaziada: Azərbaycanın daha bir paraüzgüçüsü medal qazanıb
08 aprel 2025 898
Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında paraüzgüçülük yarışları davam edir.
Ujiçe şəhərində təşkil edilən yarışlarda Azərbaycan təmsilçisi Rəsul Süleymanov uğurla çıxış edib. İdmançı 50 metr məsafəyə brass üsulunda 0:55 saniyə nəticə ilə üçüncü olub və bürünc medala layiq görülüb.
Daha əvvəl Murad Məmmədov 200 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışında 2:28 saniyə nəticə ilə gümüş medal qazanıb.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı