Gimnaziadada iştirak edəcək boksçularımız müəyyənləşdi
03 aprel 2025 425
Aprelin 4-dən 14-dək Serbiyada ISF U15 Gimnaziada İdman Oyunları keçiriləcək.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, multi-idman yarışında Azərbaycan boksçuları da mübarizə aparacaq.
Kadetlərin böyük məşqçisi Vüqar Məmmədov və məşqçi Samir Məmmədov Zlatiborda keçiriləcək Oyunlarda Babək Abdullayev (40 kq), Kazım Baxışov (42 kq), Azad Məmmədli (44 kq), Məmməd Həsənli (46 kq), Amin Həsənov (48 kq), İsmayıl Aslanlı (50 kq), Yusif Əli (52 kq), Nəriman Əli (54 kq), Sabir Rüstəmov (57 kq), Sərxan Haqverdiyev (63 kq), Nurlan Müseyibli (66 kq), Zirəddin Rüstəmli (70 kq), Mehran Rəsulov (75 kq) və Yusif Ağakişiyevə (80 kq) şans verəcək.
Yarışda qızlardan ibarət millimizin baş məşqçisi İlkin Ağayevin rəhbərliyi altında isə Nəzrin Abdullazadə (38 kq), Tunca Mürşüdova (40 kq), Aişə Muradova (44 kq), Ayşən Miriyeva (46 kq), Nuray Qafarova (48 kq), Leyla Mahmudlu (51 kq), Kəmalə Həsənova (54 kq) və Xumar Cəfərli (70 kq) rinqə çıxacaqlar.
Qeyd edək ki, oyunlarda boksçuların mübarizəsinə aprelin 7-də start veriləcək və 6 gün sonra yekun vurulacaq. Komandamız Serbiyaya aprelin 4-də yollanacaq.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı