Güləş üzrə Azərbaycan birinciliyi ilk dəfə Astarada keçiriləcək
27 mart 2025 1685
Aprelin 15-dən 19-dək sərbəst və yunan-Roma güləşi üzrə U-17, eləcə də qadın güləşi üzrə U-15 və U-17-lər arasında ölkə birinciliyi keçiriləcək.
Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Bu yarışlar ilk dəfə Astarada təşkil ediləcək. Astara Olimpiya İdman Kompleksində baş tutacaq birinciliyi beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcək. Onların arasında Türkiyə, İran və Gürcüstandan dəvət edilmiş hakimlər də yer alacaq.
Yarışın ilk 2 günündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləşi üzrə U17 yaş qrupunda qaliblər müəyyənləşəcək. Son yarış günündə isə qadın güləşi üzrə U15 və U17 yaş qrupunda çempionlar məlum olacaq. Milli komandalara seçim xarakteri daşıyan yarışın görüşləri hər gün saat 10:00-da başlanacaq.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı