Güləş üzrə Respublika turnirinə yekun vurulub
29 aprel 2025 887
Masallı Olimpiya İdman Kompleksində güləş üzrə Respublika turniri keçirilib.
Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə baş tutan yarışda ölkənin müxtəlif şəhər və rayonlarından olan yeniyetmə sərbəst güləşçilər iştirak ediblər.
U-15 yaş qrupu üzrə təşkil edilən turnirdə İsa Nurullayev (32 kiloqram, Masallı), Fərid Qasımov (35 kiloqram, Gimnaziya), Sadiq İsmayılov (38 kiloqram, AHİTA), Ramal Hacıyev (41 kiloqram, Gəncə), Əli Baloğlanov (44 kiloqram, Masallı), Zirəddin Rzayev (48 kiloqram, Lənkəran), Mircəlal Hüseynov (52 kiloqram, Gəncə), Ruhid İspərov (57 kiloqram, AHİTA), Siyasət Dadaşzadə (62 kiloqram, Lənkəran), İslam Rəcəbli (68 kiloqram, AHİTA) və Ayxan Tağılı (75 kiloqram, Şağan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, 200-dən artıq güləşçinin qatıldığı yarışı beynəlxalq və milli dərəcəli hakimlər idarə ediblər.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı