Güləşçilərimiz dünya çempionatının hazırlığına start veriblər
17 may 2023 1331
Güləş üzrə milli komandalarımız dünya çempionatına hazırlıq məqsədilə növbəti təlim-məşq toplanışlarına start veriblər.
Azərbaycan Güləş Federasiyasına istinadla bildirir ki, yığmalardan ikisi Olimpiya Güləş Mərkəzində məşqləri davam etdirir. Yunan-Roma güləşi üzrə millimiz mayın 9-dan fiziki hazırlıq üzrə təlim-məşq toplanışına başlayıb. Fiziki güc və dözümlülüyün artırılması istiqamətində keçirilən məşqlər ayın 23-dək davam edəcək.
Qadın güləşçilər baş məşqçi Semyon Çterevin rəhbərliyi altında mayın 15-də paytaxtda təlim-məşq toplanışına start veriblər. Hazırlıq prosesi mayın 30-da yekunlaşacaq. Sərbəst güləşçilərimiz isə mayın 14-də Rusiyaya yollanıblar. Vladiqafqazda baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında keçirilən hazırlıq prosesi ayın 28-dək davam edəcək.
Qeyd edək ki, komandalarımızı qarşıda Qırğızıstan (1-4 iyun) və Macarıstanda (13-16 iyul) keçiriləcək reytinq turnirləri gözləyir. Paris Olimpiadasına lisenziya xarakteri daşıyan dünya çempionatı isə sentyabrın 16-dan 24-dək Serbiyada təşkil ediləcək.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı