Gülşən Hüseynova: "Bu medal mənim üçün çox dəyərlidir"
04 oktyabr 2025 - 18:34 724
Azərbaycana III MDB Oyunlarının cüdo yarışlarında ilk qızıl medalı qazandırdığım üçün çox sevinirəm.
Bu sözləri müsahibəsində Azərbaycanda keçirilən III MDB Oyunlarının cüdo yarışlarının ilk qızıl medalçısı Gülşən Hüseynova (-44 kq) deyib.
Finalda rusiyalı idmançıya 35 saniyəyə ipponla qalib gələn idmançı yarışın onun üçün heç də asan keçmədiyini bildirib.
"Oyunlara yüksək səviyyədə hazırlaşmışdım. Bunun üçün də özümdən çempionluq gözləyirdim. Doğma azarkeşlər önündə yarışmaq məsuliyyətlidir. Buna baxmayaraq finalda qalib gələrək, Azərbaycana ilk qızıl medalı qazandırdım. Həlledici görüşdə rəqib rusiyalı idmançı idi. Lakin məşqçilərimiz rəqibin mənfi və müsbət cəhətlərini dəqiq müəyyənləşdirmişdi. Yekunda rəqibimə 35 saniyəyə ipponla qalib gəldim. Bu medal mənim üçün çox dəyərlidir", - deyə Gülşən Hüseynova bildirib.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı