Hacı Əliyev karyerasını başa vurub
11 avqust 2024 777
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev (65 kq) karyerasını sonlandırıb.
Bu barədə pəhləvan özü sosial şəbəkə hesabında bildirib.
"Bu da son" başlığı ilə edilən paylaşımda hər kəsə təşəkkür edib: "Əziz doğma xalqım. Artıq uzun illərdir ki, çoxlu qələbələr gətirmişəm. Hər dəfə qələbə qazanıb bayrağımızı ən zirvələrə qaldırmaq və himnimizi səsləndirmək mənim üçün böyü şərəf olub. Çox sevinirəm ki, Allah mənə həyatda bu qədər qələbələr nəsib etdi, məni yüksəltdi, məni ölkəmə və dünyaya tanıtdı. Birvaxtlar atasının əlindən tutub güləşə gedən Hacı haradan bilərdi ki, bu qədər qələbələr qazanıb tarix yazacaq. Qazandığım bu qələbələr tək mənim yox, bütün Azərbaycan xalqının qələbəsi olub. Güləş karyeram ərzində o qədər medal qazandım ki, cənab Prezidentimiz İlham Əlievin dediyi kimi "sənin nə qədər medalın var bəlkə özün də bilmirsən. Bu doğurdan da belədir. Mənə bu günə qədər dəstək olan hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, 33 yaşlı güləşçi 3 dəfə dünya, 4 dəfə isə Avropa çempionatının qalibi olub. Əliyev Olimpiadanın gümüş və bürünc mükafatçısıdır.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı sosial media hesablarında paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ... Ətraflı
Bu gün MOK-un vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinovanın doğum günüdür
“Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, ... Ətraflı