Həndbolçular üçün maarifləndirmə seminarı keçirilib
22 may 2025 755
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) həndbolçular üçün maarifləndirmə seminarı keçirib.
Bu barədə AMADA-nın mətbuat xidmətindən məlumat verilib.
Tədbirin əsas məqsədi təmiz idmanın təşviq olunması, dopinqə qarşı mübarizənin gücləndirilməsi və iştirakçıların antidopinq mövzusunda məlumatlılığının artırılması olub.
Seminarda antidopinq qayda pozuntuları, bu pozuntuların hüquqi və etik nəticələri barədə geniş məlumat verilib. İdmançılara antidopinq qaydaları çərçivəsində onların hüquq və öhdəlikləri izah edilib, dopinq nəzarəti prosesi zamanı və ondan əvvəlki mərhələlərdə nəyə diqqət etməli olduqları ətraflı şəkildə açıqlanıb.
Eyni zamanda, qadağan edilmiş maddələrin siyahısı, onların istifadəsinin riskləri və sağlamlığa mənfi təsiri barədə məlumat diqqətə çatdırılıb.
Sağlam həyat tərzinin təbliğ olunduğu tədbirdə təmiz idman prinsiplərinə sadiq qalmağın yalnız idmançının karyerası üçün deyil, həm də cəmiyyətə nümunə olmaq baxımından əhəmiyyəti xüsusi vurğulanıb.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı