“Heydər Əliyev kuboku-2024” beynəlxalq turnirində 116 idmançı iştirak edəcək
12 may 2024 733
Mayın 13-də yeniyetmə oğlan boksçular arasında “Heydər Əliyev kuboku-2024” beynəlxalq turnirinə start veriləcək.
Bakı Boks Mərkəzində keçiriləcək ənənəvi yarışda 13 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.
Turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Qazaxıstan, Belarus, Gürcüstan və Qırğızıstan yığmaları iştirak edəcəklər. 116 idmançının qatılacağı “Heydər Əliyev kuboku-2024"ün final görüşləri mayın 18-də olacaq.
Azərbaycan millisi yarışda geniş heyətlə mübarizə aparacaq. Komandamızın baş məşqçisi Vaqif Kazımov turnirdə 71 yeniyetməni sınaqdan keçirəcək.
Yarışın ilk günü saat 14:00-da açılış mərasimi təşkil olunacaq, ardınca döyüşlər başlayacaq.
Qeyd edək ki, “Heydər Əliyev kuboku-2024"ün supervayzeri Petr Vinnik (Belarus), baş hakimi Anar Babanlı olacaq.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı