Hidayət Heydərov “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb
23 sentyabr 2023 834
Azərbaycanın daha bir cüdoçusu Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb.
73 kiloqram çəki dərəcəsində çıxış edən Hidayət Heydərov finalda moldovalı Petru Pelikana qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Zelim Tçkayev isə həlledici görüşdə Avstraliya təmsilçisi Şamil Borçaşvili ilə qarşılaşacaq.
Qeyd edək ki, "Böyük dəbilqə" turnirində daha əvvəl Azərbaycan cüdoçularından Yaşar Nəcəfov (66 kiloqram) qızıl, Leyla Əliyeva (48 kiloqram) isə gümüş medal əldə edib
Bənzər xəbərlər
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.
Qurumdan verilən ... Ətraflı
Azərbaycanın fiqurlu konkisürənləri Sofiyada bürünc medal qazanıblar
Azərbaycanın fiqurlu konkisürənləri Bolqarıstanın Sofiya şəhərində keçirilən “Sofia Trophy” adlı ... Ətraflı