Hidayət Heydərov: “Vətənimə qələbə ilə qayıtdığım üçün çox sevinirəm”
04 avqust 2024 977
“Olimpiya çempionu olmaq möhtəşəm hissdir”.
Bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.
73 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançımız dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib: “Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, Azərbaycan Cüdo Federasiyasına və məni dəstəkləyən xalqıma minnətdaram. Parisdə möhtəşəm şərait yaradılmışdı. Vətənimə qələbə ilə qayıtdığım üçün çox sevinirəm”.
O, ikinci dəfə Olimpiya çempionu olmaq istədiyini söyləyib: “Qarşıda bir sıra turnirlər, eləcə də 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunları var. Məqsədim bu yarışda da qızıl medal qazanmaqdır. Əgər iştirak edəcəyin yarışda özünəinam varsa, uğur da səninlə olacaq”.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı