Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi edə bilər
06 noyabr 2024 1268
Hindistan 2036-cı ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edə bilər.
Xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı ölkənin Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinə rəsmi müraciət edib.
Yay Olimpiya Oyunları 2028-ci ildə ABŞ-ın Los-Anceles, 2032-ci ildə isə Avstraliyanın Brisben şəhərində keçiriləcək.
Xatırladaq ki, sonuncu Yay Olimpiya Oyunları bu il Fransanın paytaxtı Paris şəhərində təşkil olunub.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı