İbrahim Məmmədzadə: "Çalışacağıq ki, gələcək yarışlarda da Azərbaycan bayrağını yüksəklərdə dalgalandıraq"
03 may 2024 644
"Ümumilli lider Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən beynəlxalq reqatada iştirak etdiyimə görə qürur duyuram"
Bu sözləri “Prezident Kuboku 2024” beynəlxalq reqatasında bürünc medal qazanan avarçəkənimiz İbrahim Məmmədzadə jurnalistlərə müsahibəsində deyib.
2010-2011-ci illər təvəllüdlü idmançılar arasında Sərhad Fərhadlı ilə birgə ikinəfərlik kayak qayığında 200 metr məsafəyə yarışda bürünc medal qazananan idmançımız gələcək yarışlarda da ölkəmizi təmsil edib, bayrağımızı yüksəklərə qaldırmaq istədiyini bildirib.
"Yarışa hazırlıqla bağlı gərgin məşqlər etmişdik. Bunun nəticəsində komanda yoldaşımla birgə iştirak etdiyim beynəlxalq reqatada bürünc medal qazandıq. Çalışacağıq ki, gələcək yarışlarda da uğurla çıxış edərək Azərbaycan bayrağını yüksəklərdə dalgalandıraq", - deyə avarçəkənimiz bildirib.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı