“İdman hamı üçün” layihəsi Astarada geniş tədbirlə davam etdi
07 aprel 2025 753
Astarada "7 Aprel-Ümumdünya Sağlamlıq Günü" ilə əlaqədar “İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi idman tədbiri keçirilib.
Şəhər Gənclər evində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Astara Gənclər evi sosial xidmət müəssisəsinin dəstəyi ilə kütləvi idman tədbirin təşkilində əsas məqsəd yeniyetmə və gənclərin idmana marağının artırılması, yoldaşlıq əlaqələrinə daha çox diqqət yetirmək və asudə vaxtın faydalı keçirilməsi olub.
Kütləvi idman tədbirində iştirak edənlər arasında voleybol və stolüstü tennis idman növləri, nərd və şahmat üzrə oyunlarda öz güclərini sınayıblar.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı