“İdman həftəsi” çərçivəsində Bakıda idman paradı keçirilib
06 mart 2024 88
Hövsan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman İdarəsinin (BŞGİİ) təşkilatçılığı ilə idman paradı keçirilib.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
BŞGİİ-nin idman sektorunun müdiri Rəşad Əliyev tədbir iştirakçılarını 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxışdan sonra parad açıq elan edilib. On iki rayonu təmsil edən gənclər paraddan keçiblər.
Tədbirin rəsmi hissəsindən sonra müxtəlif idman növlərində nümunəvi çıxışlar nümayiş etdirilib.
Daha sonra gənclərin iştirakı ilə fləşmob olub. Tədbir “Birkimibirlikdə” şüarının səsləndirilməsi və göyərçininn havaya buraxılması ilə başa çatıb.
Bənzər xəbərlər
Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
Paris-2024 Yay Olimpiya Oyunlarının məşəli üç yelkənli qədim gəmi ilə ... Ətraflı
Avarçəkənimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
Akademik avarçəkmə üzrə yığma komandamızın üzvü Diana Dımçenko Paris-2024 Yay ... Ətraflı