İdman qurumlarının rəhbərləri ilə görüş keçirilib
06 mart 2024 108
Martın 5-də gənclər və idman naziri Fərid Qayıbov regional gənclər və idman idarələrinin rəisləri, Olimpiya İdman Komplekslərinin, Gənclər Evlərinin direktorları və uşaq-gənclər idman məktəblərinin (UGİM) rəhbərləri ilə görüşüb.
Ölkəmizin 2024-cü il üçün “İdman paytaxtı” Quba şəhərində keçirilən tədbiri giriş sözü ilə açan nazir Fərid Qayıbov 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə hamını təbrik edib və uğurlar arzulayıb.
Ölkəmizin idman strategiyasının hazırlanması üzrə işçi qrupun məsləhətçisi, sloveniyalı mütəxəssis Edvard Kolar isə çıxış edərək görülən işlər barədə danışıb.
Görüşdə gənclər və idman sahələrində görülən işlər, gələcək fəaliyyət məsələləri müzakirə edilib. Ardınca nazirliyin araşdırma və layihə mərkəzinin rəhbəri Oqtay Quliyev strategiya və idmanda məşğulluq tədqiqatı barədə çıxış edib, paytaxtda və regionlarda keçirilmiş sorğuların ilkin nəticələri barədə məlumat verib.
Tədbir iştirakçılarının təkliflərini dinləyən nazir yeniyetmə və gənclərin idmana cəlb edilməsi istiqamətində müvafiq tövsiyələr verib.
Bənzər xəbərlər
Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
Paris-2024 Yay Olimpiya Oyunlarının məşəli üç yelkənli qədim gəmi ilə ... Ətraflı
Avarçəkənimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
Akademik avarçəkmə üzrə yığma komandamızın üzvü Diana Dımçenko Paris-2024 Yay ... Ətraflı