İdmançılarımız Almaniyada keçirilən fiqurlu konkisürmə üzrə beynəlxalq yarışda iştirak edirlər
03 fevral 2023 1088
Fevralın 2-də Almaniyanın Oberstdorf şəhərində keçirilən fiqurlu konkisürmə üzrə “Bavaria Open 2023” yarışında Azərbaycanı təmsil edən idmançılarımız öz çıxışlarına start veriblər.
Yarışda Azərbaycan tək konkisürmədə bir yeniyetmə idmançı, həmçinin buz üstündə rəqs növündə 1 yeniyetmə cütlük və 2 böyük cütlükdən ibarət komanda ilə təmsil olunur.
İdmançılarımız arasında Səbinə Əliyeva tək konkisürmədə qısa proqram üzrə çıxış edərək 45,36 xal toplayıb və 19 idmançı arasında 4-cü yerə sahib olub. Bu gün isə Səbinə Əlievanın sərbəst proqram üzrə çıxışı nəzərdə tutulub.
Fevralın 3-də həmçinin buz üstündə rəqs növündə yeniyetmə cütlüyümüz Anna Obrien və Stiven Vey ritm rəqs üzrə öz çıxışlarını edərək yüksək nəticə uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, yarış fevralın 5-dək davam edəcək.
Bənzər xəbərlər
"Olimpiya dünyası" qəzetinin əməkdaşı “Zəfər” 2025 Beynəlxalq İdman Mükafatına layiq görülüb
Yanvarın 14-də "Sportsman" jurnalının təsis etdiyi "Zəfər” 2025 Beynəlxalq İdman ... Ətraflı
AKAF-ın İdarə Heyətinin iclası keçirilib
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının İdarə Heyətinin 2025-ci ilin yekunları ... Ətraflı
.jpeg)
