Xəbərlər

İdmançılarımızı doğma torpaqda alqışlayırıq

07 may 2015 625

Bakı 2015 Avropa oyunları sürətlə yaxınlaşır və həyəcan günbəgün artır. BP Azərbaycan-Gürcüstan- Türkiyə əməkdaşları mayın 7-də BP-nin xüsusi təmsilçiləri kimi seçilmiş 6 idmançını ruhlandırmaq üçün onları Bakıdakı Xəzər mərkəzində qəbul etdilər. BP şirkətinin Azərbaycan Gürcüstan Türkiyə üzrə regional prezidenti Qordon Birrell qonaqları səmimi salamladıqdan sonra həmkarlarını- insan resursları üzrə vitse-prezident Leyla Novruzovanı, KİV və Əlaqələr üzrə menecer Tamam Bayatlını və digərlərini təqdim etdi. Qordon dedi “Sizi xüsusi təmsilçilərimiz kimi görməkdən qürur duyuruq və BP-ni qarşıdan gələn çox mühüm və mötəbər Oyunlarda təmsil etməyə razılıq verdiyinizə görə təşəkkürümüzü bildiririk”. Qonaqlar arasında Olimpiya və Paralimpiya komitələrinin nümayəndələri - Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) vitse-prezidenti Şaiq Həmidov, birinci vitse-prezident və Azərbaycan Milli Olimpiya Komitəsinin (AMOK) icra aparatının rəhbərinin köməkçisi Həsənağa Rzayev, AMOK-da aparıcı müşavir Mehman Kərimov və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Könül Nurullayeva var idi.
Rəsmi salamlamadan sonra qonaqlar Xəzər mərkəzinin yeməkxanasında idmançıların şərəfinə təşkil olunmuş xüsusi nahar yeməyinə dəvət olundular. Yeməkxananın girişində BP əməkdaşları idmançıları və digər qonaqları hərarətli alqışlarla qarşıladılar. Bu, onlar üçün idmançılarla görüşmək, söhbət etmək, sual vermək, şəkil çəkmək, xoş arzularını bildirmək və Oyunlar zamanı uğurlar arzulamaq üçün qeyri-adi və ömür boyunca bir dəfə qismət olan nadir imkan idi. BP-nin bəzi əməkdaşları idmançıların çətin vəziyyətlərdə davranışlarına necə nəzarət etdikləri ilə maraqlanırdılar. Hacı Əliyev, sərbəst güləşçi və İlham Zəkiyev, Paralimpiyaçı cüdoçu onların maraqlarını qarşılayaraq bildirdilər ki, idmançılar üçün hisslərini idarə edə bilmək çox vacibdir, çünki onlar hərəkətləri və davranışları üçün məsuliyyət daşıyırlar. “İdmançı rəqibinə qalib gələ bilmək üçün ilk öncə qəzəbinə qalib gəlməlidir” İlham dedi. Bakı 2015 Avropa Oyunları çərçivəsində İlhamın yarışı 26 iyun tarixinə təyin edilib. Bu tarix onun yarışına əlavə məsuliyyət qatır. Birinci ona görə ki, bu Silahlı qüvvələr günüdur və eyni zamanda onun kiçik oğlunun doğum günüdür. “Mən inanıram ki, həmin gün mən qalib olub iki yaşı tamam olacaq kiçik oğluma medal hədiyyə edəcəyəm”. 
Öz ölkəsində olub yüksək səviyyəli oyunlarda iştirak edərək ölkəmizi təmsil etmək idmançılarımız üçün ikiqat məsuliyyətlidir. Onlar “Evdə yarışanda divarlar belə kömək edər” misalının doğru olacağına və Oyunlar zamanı çox sayda medal qazanacaqlarına inanırlar. BP AGT regionunun KIV və əlaqələr üzrə meneceri Tamam Bayatlı dedi: “Mən əminəm ki, Oyunlar zamanı ölkənin yeni möhtəşəm stadionlarında böyük həyəcanla hamımız birlikdə Azərbaycan dövlət himnini dəfələrlə ifa edəcəyik. Bugünkü tədbir bir daha göstərir ki, biz Azərbaycanla və Oyunlara hazırlaşan idmançılarımızla birlikdəyik.” Oloxan Musayev də xüsusi naharda iştirak etməkdən həyəcanlı idi. BP-nin dəyərləri haqqında danışılan zaman o təhlükəsizliyi yalnız əməkdaşlar arasında deyil həm də idmançılara da təşviq etməkdə BP-nin rolunu qeyd etdi. “Təhlükəsizlik hər bir idmançı üçün çox vacib məsələdir” o dedi. BP-nin dəyərləri həmçinin Azərbaycan Milli Olimpiya Komitəsinin aparıcı müşaviri Mehman Kərimov tərəfindən də qeyd olundu. Onun üçün BP, Olimpiya və Paralimpiya hərəkatları kamillik, hörmət və casarət kimi ümümi dəyərlərə sahibdirlər. BP-nin idmançılara göstərdiyi davamlı və böyük dəstək və Azərbaycanda idman irsinə verdiyi töhfə onun Kamillik dəyərini necə təbliğ etməsinin yaxşı göstəricisidir. Xüsusi nahar zamanı BP əməkdaşları idmançılara sağlam qidalanma və həyat tərzi, gündəlik qrafikləri və təlimlər/məşqlər haqqında bir sıra suallar verdilər. 
İdmançılardan biri, Azərbaycandan cüdo üzrə yeganə dünya çempionu, Elxan Məmmədov etiraf etdi ki, hər dəfə yarışlar yaxınlaşdıqda o, özünü hər kəsdən təcrid etməyə çalışıb. Bu ona fikrini tamamən yarışlara yönəltməyə və ən yaxşı nəticələr əldə etməyə kömək edib. O, bu cür tədbirlər təşkil etdiyinə görə BP-ə təşəkkür etdi və bildirdi ki bu ona xoşdur və qürur hissi verir. Oleq də Elxan ilə eyni fikiri bölüşürdü. “Bu digər şirkətlər üçün Azərbaycanda və bütün dünyada idmanı izləyib dəstək göstərmək üçün yaxşı nümunədir” o dedi. “Bizim yerli elit idmançılara göstərdiyimiz dəstək BP brand kampaniyasının əsasını təşkil edir və daha çox dəyər qataraq və həyəcan yaradaraq bizə milli qürurumuzu yetişdirməyə və əsas mesajlarımızı maraqlı tərəflərə ötürməyə kömək etmiş olacaq” BP AGT regionu üzrə tədbirlər/sponsorluq üzrə menecer və Bakı 2015-in proqram direktoru, Zaur Cəbrayıl dedi. Naharın sonunda Qordon və idmançılar xüsusi hazırlanmış tortu kəsdilər və qrup şəkli çəkdirdilər. İdmançılar öz şəkilləri ilə olan posterləri əldə etməkdən və BP əməkdaşları tərəfindən xoş fikirlər eşitməkdən çox həyəcanlı idilər. İdmançıları yola salarkən Qordon onları Oyunlardan sonra çoxlu medallarla yenidən qonaq etmək istəyini qeyd etdi.