III Avropa Oyunlarının taekvondo yarışlarının birinci günündə dörd idmançımız mübarizəyə qoşulub
23 iyun 2023 725

“Krakov-2023” III Avropa Oyunlarının taekvondo yarışlarına start verilib.
Yarışın birinci günündə 4 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Azərbaycan yığmasının dörd üzvü medallar uğrunda mübarizə aparacaq. Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Minayə Əkbərova (46 kq) və Patimat Abakarova (49 kq) mübarizəyə səkkizdəbir finaldan başlayacaqlar.
Səyyad Dadaşov səkkizdəbir finalda Almaniya təmsilçisi Xalid Abdel Halim ilə qarşılaşıb. Taekvondoçumuz ilk hissədə 8:4 hesablı qələbə qazanıb. O, ikinci raundu da öz xeyrinə başa vurub - 6:5. Bu qələbə ilə təmsilçimiz dörddəbir finala adlayıb. S.Dadaşov yarımfinala vəsiqə uğrunda Matias Lomartire (İtaliya) ilə qarşılaşacaq.
Qaşım Maqomedov dörddəbir finala vəsiqə uğrunda qarşılaşmada Niderland idmançısı Aymen Açnineni ilə üz-üzə gəlib. O, hər iki raundda qələbə qazanıb - 17:4, 13:0. Təmsilçimiz dörddəbir finalda ispaniyalı Adrian Visente ilə görüşəcək.
Minayə Əkbərovanın ilk rəqibi italiyalı Sofiya Zampetti olub. O, hər iki raundda rəqibinə uduzaraq mübarizəni dayandırıb – 3:5, 0:5. Lakin idmançımızın təsəlliverici döyüşlərə qatılmaq şansı qalmaqdadır.
Təcrübəli taekvondoçumuz Patimat Abakarova səkkizdəbir finalda Almaniya idmançısı Sufarada Kisskalta uduzub - 4:7, 1:10. Lakin onun təsəlliverici döyüşlərə qatılmaq şansı qalır.
III Avropa Oyunlarının taekvondo yarışları dörd gün davam edəcək.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı