III MDB Oyunları: Azərbaycanın 7 güləşçisi medal qazanıb
04 oktyabr 2025 - 18:56 533
III MDB Oyunlarında güləş yarışlarının ikinci gününün qarşılaşmaları başa çatıb, azərbaycanlı medalçılar bəlli olub.
Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi Rəvan Həsənzadə (48 kiloqram) qızıl, Əli Hacıyev (80 kiloqram), Hüseyn İsmayılov (65 kiloqram) gümüş, Hakim Tağıyev (110 kiloqram), İbrahim Süleymanov (55 kiloqram), qadın güləşçilər Esra Məmmədli (57 kq), Xədicə Qurbanzadə (49 kiloqram) isə bürünc medalın sahibi olublar.
Ötən gün də idmançılarımız sərbəst və qadın güləşçilərin mübarizəsində 7 medal qazanıblar.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı