Xəbərlər

III MDB Oyunları: Bu gün 7 idman növündə yarışlar keçiriləcək

30 sentyabr 2025 - 10:30 41

Bu gün Azərbaycanda keçirilən III MDB Oyunlarında beşinci yarış gününə start veriləcək. 

 

Oyunların beşinci günündə 7 idman növü üzrə yarışlar keçiriləcək. 

 

Günün ilk yarışları Gəncə İdman Sarayında baş tutacaq. Bu məkanda  üzgüçülük üzrə müxtəlif məsafələrdə növbəti qaliblərin adlarına aydınlıq gələcək. 

 

Bu məkanda həmçinin oğlan voleybolçuların oyunlarına da start veriləcək. Saat 16:00-da keçirilən ilk qarşılaşmada Rusiya və Özbəkistan komandaları münasibətlərinə aydınlıq gətirəcək.

 

Saat 18:30-da isə meydançaya Azərbaycan və Qırğızıstan milliləri çıxacaq.

 

Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində isə taekvondo üzrə son qaliblər müəyyənləşəcək. 

 

Bu gün Şəki şəhər stadionunda çövkən yarışlarında növbəti oyunlar təşkil olunacaq. A qrupunda mübarizə aparan Azərbaycan millisi Küveytlə qarşılşacaq. B qrupunda isə Özbəkistan Türkiyə ilə münasibətlərə aydınlıq gətirəcək. 

 

Bu gün həmçinin, Qəbələ Atıcılıq Mərkəzində stend atıcılığı (“skeet” növü) üzrə təsnifat və final qarşılaşmaları təşkil olunacaq.

 

Qəbələ Olimpiya İdman Kompleksində isə badminton üzrə komanda yarışlarına start veriləcək. 

 

Yevlax Olimpiya İdman Kompleksində boks üzrə yarışlarda 1/4 final görüşləri keçiriləcək.