III MDB Oyunlarının açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda keçiriləcək
23 aprel 2025 973
Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarının açılış və bağlanış mərasimlərinin keçiriləcəyi məkan açıqlanıb. Oyunlara dair keçirilmiş mətbuat konfransında məlumat verən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat katibi Arzu Hüseynova bildirib ki, turnirin açılış mərasimi 28 sentyabrda, bağlanış tədbiri isə 8 oktyabrda Gəncə şəhər stadionunda təşkil olunacaq.
O, həmçin multi-idman tədbirində təxminən 5500 idmançı və nümayəndə heyətinin iştirak edəcəyinin proqnozlaşdırıldığını bildirib.
Qeyd edək ki, III MDB Oyunları Gəncə ilə yanaşı, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində də təşkil olunacaq. Proqramda 23 idman növü üzrə yarışların keçirilməsi nəzərdə tutulur.
Bənzər xəbərlər
"Olimpiya dünyası" qəzetinin əməkdaşı “Zəfər” 2025 Beynəlxalq İdman Mükafatına layiq görülüb
Yanvarın 14-də "Sportsman" jurnalının təsis etdiyi "Zəfər” 2025 Beynəlxalq İdman ... Ətraflı
AKAF-ın İdarə Heyətinin iclası keçirilib
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının İdarə Heyətinin 2025-ci ilin yekunları ... Ətraflı