Xəbərlər

İkinci yarış gününə yekun vurulub

24 fevral 2024 96

Fevral ayının 23-25-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzində keçirilən yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində ikinci yarış gününə yekun vurulub. Turnirdə ölkənin şəhər və rayonların idman cəmiyyətləri, klubları və mərkəzlərini təmsil edən 150-dən çox gənc atlet iştirak edir.

 

Oğlanlar arasında 49, 55, 61 və 67 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Bu çəkilərdə müvafiq olaraq 140 kq (60+80) nəticə ilə Əlimehti Hüseynov, 196 kq (88+108) nəticə ilə Kamran Xappayev, toplam 202 kq (91+111) nəticə ilə Orxan Kərimov və toplam 217 kq (101+116) nəticə ilə Turan Əliyev qızıl medala sahib çıxıblar.