İkiqat Paralimpiya çempionu İlham Zəkiyev Misirdə Qran-pri turnirinin qalibi olub
14 mart 2023 366
Azərbaycan millisi Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran-pri turnirində növbəti qızıl medala sahib olub.
Turnirdə 90 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən ikiqat Paralimpiya çempionu İlham Zəkiyev bütün rəqiblərinə qalib gələrək yarışı birinci pillədə başa vurub.
Bu gün “Tokio-2020” Yay Paralimpiya Oyunlarının qalibi Xanım Hüseynova (70 kq) da qızıl medal əldə edib.
Daha sonra Dürsədəf Kərimova (+70 kq) bürünc medal uğrunda görüşə çıxacaq.
Qeyd edək ki, ötən gün Namiq Abaslı (73 kq) mötəbər turnirin qalibi olub.
Bənzər xəbərlər
MOK-da Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib
Martın 29-da Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Olimpiya idman ... Ətraflı
Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
Bakıda təşkil edilən kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” ... Ətraflı