Xəbərlər

İlk yarış gününə oğlanların mübarizəsi ilə yekun vuruldu

01 oktyabr 2022 524

1-2 oktyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək gənclər (20 və 23 yaşlı gənc oğlan və qızlar) arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ilk yarış günü başa çatıb. Oğlanlar arasında 3 çəkidə qaliblər müəyyən edilib.

Yaşı 20-yə qədər və çəkisi 55 kq-a qədər olan pğlanlar arasında qalib adını Amin Osmanov qazanıb. O, toplam 205 kq (92+113) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sonrakı yerləri müvafiq olaraq 196 kq (87+108) nəticə ilə Dəniz Cabbarlı və 170 kq (78+92) nəticə ilə Orxan İmanov qazanıblar. Yaşı 23-ə qədər olan idmançılar arasında bu çəkidə qızıl medalı toplam 135 kq (60+75) nəticə ilə Oruc Məhərrəmov qazanıb.

Çəkisi 61 kq-a qədər olan oğlanlar arasında qızıl medala Əmrah Osmanov sahib çıxıb. O, toplam 195 kq (86+109) nəticə ilə bütün rəqiblərini üstələyib. Gümüş medala toplam 192 kq (83+109) nəticə ilə Kənan Rəhimov, bürünc medala isə 180 kq (85+95) nəticə ilə Akif Abdullayev layiq görülüblər.

Son olaraq körpücük üzərinə çəkisi 67 kq-a qədər olan oğlanlar çıxıb. Onlardan toplam 242 kq (106+136) nəticə göstərən Rüstəm Qasımov qızıl medala sahib çıxıb. Sonrakı pillələri 240 kq (105+135) nəticə ilə Qasım İsmayılov və 226 kq (104+122) nəticə ilə Turan Əliyev tutublar.

Yarışda ölkənin bütün regionlarından yüzə yaxın atlet iştirak edir.