İlk yarış gününə yekun vuruldu
26 may 2023 30

May ayının 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ilk günə yekun vurulub. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri təmsil edən rekord sayda – 150-yə yaxın gənc atlet iştirak edəcək.
İlk yarış gününə oğlanlar arasında çəkisi 49 kq-a qədər olan idmançıların mübarizəsi ilə yekun vurulub. Bu çəkidə toplam 146 kq (68+78) nəticə göstərən İlham Əkbərov qızıl, 144 kq (68+76) nəticə göstərən Nihat Zairov gümüş, 136 kq (63+73) nəticə göstərən Əlimehti Hüseynov isə bürünc medala layiq görülüblər.
Bənzər xəbərlər

Azərbaycan Badminton Federasiyası Afrikada badmintonun inkişafına dəstək olacaq
Azərbaycan Badminton Federasiyası Azərbaycan Gənclər və İdman Nazirliyi və Milli ... Ətraflı

Azərbaycan Voleybol Federasiyası (AVF) Goranboy Olimpiya İdman Kompleksində seleksiya xarakterli yarış keçirib
28 May - Müstəqillik Gününə həsr olunmuş turnirdə Goranboydan, eləcə ... Ətraflı