İrina Zaretska: İslam Həmrəyliyi Oyunlarında tarix yazdım
13 noyabr 2025 - 10:39 692
İslamiadanın üçqat qalibi olduğum üçün xoşbəxtəm. Bu, tək mənim yox, bütün komandanın uğurudur.
Olympic.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında medal qazanan Azərbaycan karateçisi İrina Zaretska (68 kiloqram) jurnalistlərə açıqlamasında deyib.
O, İslamiadada tarix yazdığını bildirib: "Müəyyən fasilədən sonra bu yarışda qalib gəlmək vacib idi. Bu, gələcək yarışlar üçün mənə stimul verəcək. Yarış hələ bitməyib. Komanda yoldaşlarıma uğurlar arzu edirəm".
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı