Xəbərlər

“IronWind 70.3” yarışının qalibləri müəyyənləşib

03 iyul 2022 619

İyulın 3-də Pirallahı adasında yerləşən Nərəkənd parkının ərazisində “IronWind 70.3” turniri təşkil olunub.
Yarış “Triterra Baku” triatlon klubunun təşkilatçılığı, Azərbaycan Triatlon Federasiyası və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilib.

90 iştirakçının mübarizə apardığı yarış 3 mərhələdən ibarət idi. İdmançılar əvvəlcə 1,9 kilometr üzüblər, sonra 90 kilometr velosiped sürüblər və sonda isə 21,1 kilometr qaçiblar. Turnir həm fərdi həm də estafet formatında baş tutub. 

Ukraynalı idmançı Daniil Sapunov birinci, “Triterra” klubunun baş məşqçisi Aleksandr Mordasov ikinci, qazaxıstanlı Aleksey Sidorenko isə üçüncü olublar.
Qadınların mübarizəsində isə ilk üç yeri müvafiq olaraq, qazaxstanlı idmançılar Dina Şaimerdenova, Aynur Kumarova və Azərbaycanın ilk və yeganə “İron Womanı” idmançısı Rəbiyyə Orucova tutublar.
Müxtəlif nominasiyalar və yaş kateqoriyaları üzrə qaliblər də müəyyən edilib.

Maraqlıdır ki, idman tariximizdə ilk dəfə olaraq, bu gün 3 nazir yarışda qüvvəsini sınayıb. Müdafiə sənayesi naziri Mədət Quliyev, Yüksək texnologiyalar və nəqliyyat naziri Rəşad Nəbiyev, Gənclər və idman naziri Fərid Qayıbov turnirdə iştirak ediblər.