İslam Həmrəylik İdman Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirildi
03 noyabr 2015 481
3 noyabr 2015-ci il tarixində Bulvar hotelində İslam Həmrəylik İdman Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirildi.
İclasda Səudiyyə Ərəbistan Olimpiya Komitəsinin baş katibi zati ailələri Faisal Abdulaziz Al Nassar və İcraiyyə Komitəsinin üzvləri, həmçinin , Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İslam Həmrəylik İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva və digər nümayəndələr iştirak etdilər.
İclas müddətində növbəti Əlaqələndirmə Komissiyasının keçirilmə tarixləri və qarşıda görüləcək işlər qeyd olundu. Həmçinin, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının yarış tarixləri, oyun növləri müzakirə olunacaq məsələlər sırasındadır.
Xatırladaq ki, 4 noyabr tarixində İslam Həmrəylik İdman Federasiyasının 9-cu Baş Assambleyanın iclası keçiriləcəkdir.
Bənzər xəbərlər
MOK və “Visa” şirkəti arasında tərəfdaşlığa həsr olunmuş mətbuat konfransı keçirilib
Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) və rəqəmsal ödəmələrdə dünya lideri ... Ətraflı
AGF Baham adaları Gimnastika Federasiyası ilə anlaşma memorandumu imzalayıb
Baham adaları və Azərbaycan Gimnastika Federasiyaları (AGF) arasında anlaşma memorandumu ... Ətraflı