İslam Həmrəyliyi İdman Federasiyasının növbədənkənar Baş Assambleyasının iclası baş tutub.
08 aprel 2019 864
Bu gün İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Baş Assambleyasının iclası Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçirilmişdir.
İclasda İHİF-in vitse-prezidenti və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə iştirak etmişdir. Həmçinin, Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov, MOK-un marketinq şöbəsinin rəisi Mehman Kərimov adı çəkilən tədbirdə iştirak ediblər.
İHİF-in prezidentliyinə namizəd, Səudiyyə Ərəbistan Olimpiya Komitəsinin prezidenti, Şəhzadə Abdulaziz bin Turki ALFAİSAL tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlamışdır. Həmçinin, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yousef A. AL-OTHAİMEEN, prezident səlahiyyətlərini icra edən Hamad Kalkaba Malboum adı çəkilən təşkilatın hesabatı ilə çıxış ediblər.
Assambleya çərçivəsində mühüm məqamlardan olan yeni İslam Həmrəylik İdman Federasiyasının prezidentinin seçkisi idi. İHİF-in İcraiyyə Komitəsi yekdilliklə şəhzadə Abdulaziz bin Turki ALFAİSAL qurumun prezidenti seçmişdir.
Əlavə olaraq hesabat çıxışları, 2021-ci il İslam Həmrəylik Oyunlarının keçirilməsinə dair müzakirələr gündəlikdə olan məsələlər sırasında idi.
Bənzər xəbərlər
Elmin Əliyev Avropa çempionu oldu
Serbiyanın Zrenyanin şəhərində keçirilən U23 Avropa çempionatı sona çatıb.
Yarışın sonuncu ... Ətraflı
İrina Zaretska Karate 1 Premyer Liqada üçüncü olub
Azərbaycan karateçisi İrina Zaretska İtaliyada keçirilən Karate1 Premyer Liqada üçüncü ... Ətraflı