İslamiada: Cüdo yarışlarında növbəti bürünc medal
08 noyabr 2025 - 20:05 452
Azərbaycan cüdoçusu Ruslan Paşayev VI İslam Həmrəyliyi Oyunlarında komandamıza növbəti bürünc medalı qazandırıb.
Olympic.az xəbər verir ki, -66 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda görüşdə qırğızıstanlı Erbol Abasbekova qalib gəlib.
Qeyd edək ki, daha əvvəl digər cüdoçularımızdan Könül Əliyeva (-48 kq) gümüş, Aydan Vəliyeva (-52 kq) isə bürünc medal qazanıb.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı