İslamiada: Dörd boksçumuz finalda mübarizə aparacaq, ikisi bürünc medal qazanıb
09 noyabr 2025 - 22:11 598
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında yarımfinal döyüşləri başa çatıb. Azərbaycan millisinin 3 idmançısı qələbə qazanaraq finala yüksəlib.
Məhəmmədəli Qasımzadə (60 kq) Tamer Almatrfini (Səudiyyə Ərəbistanı) ilk raundda məğlub edib. Tam üstünlüklə qalib gələn boksçumuz finalda Madiyar Daniyarovla (Özbəkistan) üz-üzə gələcək.
Səidcəmşid Cəfərov (80 kq) yarımfinalda Husseyn İaşaişdən (İordaniya) güclü olub – 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28). O, qızıl medal uğrunda Sultan Osmanlı (Türkiyə) ilə döyüşəcək.
Aynur Mikayılova (57 kq) isə Noura Abunabı (Fələstin) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Boksçumuz finalda Xumorabonu Mamajonova (Özbəkistan) ilə qarşılaşacaq.
Digər boksçularımızdan Fatimə Mehdiyeva (65 kq) və Sərxan Əliyev (70 kq) İslamiadada bürünc medal qazanıblar.
Qeyd edək ki, sabah keçiriləcək final döyüşlərində Nərgiz Zeynalova (54 kq) da rinqə çıxacaq. Boksçumuzun rəqibi Ayşen Taşkın (Türkiyə) olacaq.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı