İslamiada: Muaytayçımız yarımfinala vəsiqə qazandı
12 noyabr 2025 - 19:29 658
Azərbaycan muaytayçısı Səlahəddin Qocazadə bu gün VI İslam Həmrəyliyi Oyunları çərçivəsində növbəti döyüşünü keçirib.
Olympic.az xəbər verir ki, 65-70 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/4 final mərhələsində qazaxıstanlı Nurtaza Jumaxanovla üz-üzə gəlib. Görüş idmançımızın 29:28 hesablı qələbəsi ilə başa çatıb.
Təmsilçimiz qələbə sayəsində sabah təşkil olunacaq yarımfinal görüşünə vəsiqə qazanıb.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı