İSSF-nin Baş Asambleyasının 12-ci iclası keçiriləcək
26 noyabr 2023 959
27 noyabr Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda İSSF-nin 12-ci Baş Asambleyası keçiriləcək.
İclasda Azərbaycanı Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev təmsil edəcəklər.
Asambleyada İSSF institusional strategiyası və oyunlar strategiyası üzrə seminar olacaq. Daha sonra İSSF-nin 12-ci Baş Asambleyasının iclası öz işinə başlayacaq.
İclasda Baş Asambleyanın gündəliyindəki məsələlər, qarşıdan gələn oyunlar üzrə planlar və strategiyalar haqqında müzakirələr aparılacaq.
Baş Asambleyanın iştirakçıları 2023 Səudiyyə Oyunlarının açılış mərasimində də iştirak edəcəklər.
Qeyd edək ki, İSSF-nin Baş Asambleyasından öncə İdarə Heyətinin 36-cı onlayn iclası təşkil olunmuş və bir çox məsələlər müzakirə edilmişdir.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı