Xəbərlər

İSSF-nin Baş Assambleyasının 12-ci iclası keçirilir

27 noyabr 2023 240

27 noyabr Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda İSSF-nin 12-ci Baş Assambleyası keçirilir.

 

İclasda Azərbaycanı Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və idman idarəsinin müdiri Həsənağa Rzayev təmsil edir.

 

Assambleyada İSSF institusional strategiyası və oyunlar strategiyası üzrə seminar keçirilib. Ardınca İSSF-nin 12-ci Baş Asambleyasının iclası öz işinə başlayıb.

 

İclasda Baş Assambleyanın gündəliyindəki məsələlər, qarşıdan gələcək oyunlar üzrə planlar və strategiyalar haqqında müzakirələr aparılıb.

 

İclas iştirakçıları daha sonra 2023 Səudiyyə Oyunlarının açılış mərasimində də iştirak edəcəklər.

 

Qeyd edək ki, İSSF-nin Baş Assambleyasından öncə İdarə Heyətinin 36-cı onlayn iclası təşkil olunmuşdur və bir çox məsələlər müzakirə edilmişdir.

 

 

Milli Olimpiya Komitəsinin mətbuat xidməti